MDB
Qənirə Paşayevaya fəxri doktoru adı verildi - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib. Bu barədə sənədi Q.Paşayevaya Akademiyanın prezidenti Xaydarbek Bababekov təqdim edib.
Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaydarbek Bababekov Q.Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini diqqətdə saxladığını və bu işə daim töhfələr verdiyini qeyd edib. O, Q.Paşayevanın Özbəkistana dair nəşrlərini, xüsusilə “Addım–addım Özbəkistan” kitabını yüksək qiymətləndirən akademik onun türk dünyası arasında birlik, həmrəyliyə nail olunması istiqamətində dəyərli alqışa layıq olduğunu qeyd edib.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlərin, onun özbək dilinə tərcümə edilən kitablarının özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu vurğulayan Xaydarbek Bababekov, “Turan” Akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətini təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)

.jpg)


















.jpg)


