MDB
Qazaxıstanda rus dili rəsmilik statusunu itirdi
Qazaxıstanda rəsmi dil statusunda olan rus dilinin başda reklam lövhələri olmaqla vizual məlumatlarda məcburi istifadəsi ləğv edilib.
Publika.az xəbər verir ki, Qazaxıstan Prezidentinin "Akorda" internet saytında edilən paylaşıma görə, Prezident Kasım-Jomart Tokayev “Vizual məlumat haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yeni dəyişikliyə əsasən, vizual məlumatlarda, xüsusən reklam lövhələrində rus dilinin məcburi istifadəsi ləğv edilib.
Buna əsasən, reklam, qiymət etiketləri, menyular, yol nişanları, kənd və tarixi yerlərin adları, xüsusilə reklam lövhələri kimi əyani məlumatlar yalnız dövlət dilində (qazax dilində-red.) yazılacaq.
Özəl müəssisələrin tələbi ilə qazax dili ilə yanaşı rus və digər dillərdən də istifadə etmək mümkün olacaq.
Məhsulun qablaşdırılması və ictimai binaların lövhələrindəki ifadələr iki dildə yazılmağa davam edəcək. Bununla belə, qazax dilində məlumat məhsulun qablaşdırılmasında səhvsiz təqdim edilməlidir.
Bundan əlavə, qazax dilinə tərcümələrin keyfiyyətinə və xarici filmlərin dublyajına diqqət yetiriləcək.
Qazaxıstanın Konstitusiyasında qazax dili dövlət dili statusunda, rus dili isə rəsmi dil kimi göstərilir.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
