MDB
Moldova mediası Müslüm Maqomayevin yubileyindən yazdı
Moldova mətbuatında dünya şöhrətli müğənni, Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı Azərbaycanda keçirilən tədbirlər geniş işıqlandırılıb
Publika.az "azərtac"-a istinadla xəbər verir ki, “NOİ”, “Publika”, “Politik”, “Promeleserti” xəbər portalları, “Canal3”, “Canal2”, “JurnalTV” telekanallarında dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar rumın və rus dillərində geniş materiallar yayımlanıb.
Məqalələrdə və reportajlarda dahi sənətkar Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, dövlətimizin başçısı Prezident İlham Əliyevin açılış mərasimində çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olan konsert barədə danışılıb.
Bundan əlavə, Moldova mətbuatında xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər, görkəmli müğənni və bəstəkarın repertuarından səsləndirilən mahnılar və onun haqqında videoçarxlar barədə söz açılıb, o cümlədən dövlətimizin başçısı Prezident İlham Əliyevin çıxışına geniş yer verilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
