MDB
Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.
Publika.az-ın məlumatına görə, qeyd edilir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.
Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün hesab edib.
Qeyd edilib ki, Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu İES-dəki paylayıcı stansiyanın atəşə tutulması nəticəsində məhv edilib. Bu, Enerqodarda işıqların tamamilə kəsilməsinə səbəb olub. Stansiyanın xarici enerjisinin bərpa olunacağına artıq inamı olmayan AES operatoru yeganə işləyən reaktorun işini dayandırılması variantını nəzərdən keçirir.
Bu halda bütün ZAES enerji bloklarının soyudulması da daxil olmaqla, stansiyanın fiziki və nüvə təhlükəsizliyi ilə bağlı həyati vacib funksiyaları təmin edəcək qəza durumları üçün nəzərdə tutulan dizel generatorlarından tamamilə asılı olacaq. Bu şərtlər altında, AEBA hesab edib ki, stansiya operatoru artıq xarici enerji təchizatını tam bərpa etmədən reaktorları yenidən işə sala bilməyəcək.
Qrossi ZAES bölgəsində bütün atışmaların dərhal dayandırılmasını tələb edib. (Report)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)




















.jpg)

.jpg)