MDB
"Toyota" Rusiyadakı zavodunu bu MDB ölkəsinə KÖÇÜRƏ BİLƏR
"Toyota"nın Rusiyadakı zavodu Qazaxıstana köçürülə bilər.
Bu barədə Publika.az "ExpressK"ya istinadla xəbər verir .
Bildirilir ki, Yaponiyanın avtomobil nəhənginin konveyer xəttinin köçürülməsi ilə bağlı danışıqlar ölkədə iri biznes qurumlarının rəhbərləri səviyyəsində aparılır.
Qazaxıstan hökuməti iddia edir ki, yerli avtomobil istehsalçıları Rusiyadakı zavodunun köçürülməsi ilə bağlı danışıqlar aparır, lakin görüşlərdə texniki məsələlər müzakirə olunur: investisiyalar, səlahiyyətlər, satış bazarlarında imkanlar.
Vurğulanıb ki, "Toyota" Qazaxıstanda ən məşhur avtomobil markalarından biridir.
Hazırda Qazaxıstanda "Chevrolet", "Hyundai", "Kia", "Lada", "Renault" və "JAC" minik avtomobillər yığılır.
Bundan əlavə, gələn il Çin Qazaxıstanda "Çanqan", "Chery" və "Haval" istehsal edəcək multibrend zavodu açmağı planlaşdırırlar.
Qazaxıstan hakimiyyəti dövlət qurumlarının "Toyota" ilə danışıqlarda iştirak etmədiyinə əmin etsələr də, yəqin ki, bürokratik problem olmayacaq, çünki ölkə prezidenti Qasım-Jomart Tokayev xarici şirkətlərin Qazaxıstana köçürülməsi üçün şərait yaradılması barədə 3 ay əvvəl göstəriş verib.
Xatırladaq ki, "Toyota" Rusiyada avtomobil istehsalını dayandırdığını rəsmən elan edib . Şirkət Sankt-Peterburqdakı "Toyota Motor" MMC zavodunu bağlayır.
Hüseyn İbadlı
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































