MDB
Aleksandrovdan Azərbaycanla bağlı XAİN TƏKLİF: "Bombalayın..." - VİDEO
Rusiyalı ekspert Mixail Aleksandrov Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynalı jurnalist Denis Kazanski məlumat verib.
O bildirib ki, Aleksandrov bunu Rusiyanın "россТВ" telekanalının təbliğat proqramlarından birində deyib. Onun sözlərinə görə, neft bazarında rəqiblər raketlərlə məhv edilməlidir.
"İndi onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu, neftin qiymətini xeyli artıracaq. Onların neft hasilatına, enerji sisteminə zərbə vurmaq lazımdır" - Aleksandrov təklif edib.
Jurnalist qeyd edib ki, sözügedən rus ekspert sadəcə neftin qiymətini qaldırmaq üçün federal kanalın efirində qonşu dövləti bombalamağı açıq şəkildə təklif edib.
"Rusiya müharibə və öldürmə ilə məşğuldur. Və bu problem hələ də həll edilməli olacaq. Qeyri-adekvat rejim aradan qaldırılana qədər təhdid edəcək", - Kazanski yekunlaşdırıb.
Hüseyn İbadlı
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir




































