MDB
Rusiyada böyük bazar YANDI - VİDEO/YENİLƏNDİ
Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verən yanğın nəticəsində bir nəfər ölüb, yanğın 1,5 min kvadratmetr sahədə lokallaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
“Moskva vaxtı ilə saat 8.05-də meyit tapılıb, şəxsiyyəti müəyyənləşdirilir”, - deyə agentliyə operativ xidmətdən bildirilib.
Həmçinin izah edilir ki, Moskva vaxtı ilə saat 6.45-də yanğın lokallaşdırılıb. Yanğının söndürülməsi üçün 118 nəfər və 46 texnika cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğına artan təhlükə dərəcəsi verilib. Bazarda baş verən yanğının səbəbi hazırda məlum deyil, alovun söndürülməsi davam edir.
xxx
08:31
Rusiyanın Samara vilayətində güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Kinel şəhərində ərzaq bazarı yanır. Yanğın sahəsi 1,5 min kvadratmetrdir.
Market dəmir yolu vağzalının yaxınlığında yerləşir. Hadisə yerinə yüzə yaxın yanğınsöndürən və 30-dan çox texnika cəlb olunub.
Yanğın barədə məlumat saat 14:33-də daxil olub. O vaxtdan bəri yanğın sahəsi yalnız artıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Alovun demək olar ki, bütün ticarət pavilyonlarını əhatə etdiyi məlum olub.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































