MDB
Nazarbayev ürəyindən əməliyyat olundu
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay məlumat verib.
Publika.az xəbər verir ki, Aidos Ukubay "tvitrer" hesabında yazıb:
"Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Birinci prezidentin həyatına heç bir təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır. Əməliyyat Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində məşhur kardiocərrah Yurinin rəhbərliyi altında keçirilib”.
Xatırladaq ki, Nazarbayev daha öncə ürəyində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Aydan
09:55
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, "KazTAG" Qazaxıstan media meneceri Aleksandr Aksyutitsə istinadla xəbər verir.
Onun ürəyindən əməliyyat oluna biləcəyi ehtimalı var.
“Mənbələrim Nursultan Nazarbayevin Astanadakı xəstəxanalardan birinə yerləşdirildiyini bildirdi . O, ürəyin hərtərəfli müayinəsindən keçir. Tibb işçiləri deyirlər ki, cərrahi müdaxilə ola bilər”, - deyə Aksyutits bildirib.
Yanvarın 12-də Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev Nazarbayevin fəxri senator statusundan məhrum edildiyini açıqlayıb. Sonra Qazaxıstan parlamentinin deputatları “Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında” qanunu qüvvədən salıblar.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)




















.jpg)

.jpg)