MDB
Timoşenko istefa verdi - FOTO
Ukrayna prezidenti Vladimir Zelenskinin genişmiqyaslı kadr dəyişikliyini elan etməsindən sonra Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko istefa məktubu yazıb.
Publika.az xəbər verir ki, Timoşenko öz teleqram kanalında istefa verdiyini açıqlayıb.
“Ukrayna Prezidenti Vladimir Zelenskiyə etimada və hər gün və hər dəqiqə yaxşı işlər görmək imkanına görə təşəkkür edirəm. Regional hərbi idarələrinin hər bir rəhbərinə təşəkkür edirəm. Ölkənin ən güclü komandasını qura bildik. Siz, həqiqətən də möhtəşəmsiniz. Siz, əsl işıq döyüşçülərisiniz! Şəhər merlərinə təşəkkür edirəm. İşimizə etibar etdikləri üçün bütün ukraynalılara təşəkkür edirəm. Sağ olun ki, ölkəmizi qoruyursunuz. Həyat yoldaşıma və oğluma anlayış və dəstək üçün təşəkkür edirəm”, - deyə Timoşenko yazıb.
O, istefa ərizəsinin fotosunu da yayıb.

Timoşenkonun işdən çıxarılması haqda media vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər yayıb. Onların məlumatına görə, məmur Kiyevin nəzarətində olan Xerson vilayətinin administrasiyasının rəhbəri olacaq.
Bundan əvvəl Ukrayna prezidentinin aparatının müşaviri Aleksey Arestoviç istefa verib. Zelenski ölkənin mərkəzi hökumətinin strukturlarında, o cümlədən kadrlarda genişmiqyaslı dəyişikliklərin başlayacağını açıqlayıb. Onun sözlərinə görə, məmurlar bundan sonra ölkədən kənara çıxa bilməyəcək.
Akqabay
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
































