MDB
Tokayev elan etdi: Qazaxıstanda bu dəyişikliklər olacaq
Qazaxıstan hökuməti iqtisadiyyatın liberallaşdırılması üçün tədbirlər görməlidir ki, bunun əsas istiqaməti effektiv özəlləşdirməyə başlamaq olacaq.
Publika.az xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin geniş iclasında deyib.
Onun sözlərinə görə, nəzarətsiz inhisarçılıq, resurslara qeyri-bərabər çıxış və ədalətsiz rəqabət üsulları aradan qaldırılmalıdır. Əvvəlki özəlləşdirmə planları qalıq prinsipi əsasında formalaşdığından nəticə vermədi.
Nümunə olaraq, Tokayev yanacaq-enerji bazarında həddindən artıq tənzimləməni xatırladıb ki, bu da müəyyən neft məhsullarının istehsalının azalmasına və yerli qıtlığın yaranmasına, həmçinin mobil rabitə bazarında problemlərə səbəb olub.
Dövlət başçısı hökumətə dövlət əmlakının reyestrinə yenidən baxılmasını və özəlləşdirmə prosesinin metodoloji aspektlərinin aydınlaşdırılmasını tapşırıb. O, əsas vəzifəni iqtisadi proseslərə genişmiqyaslı müdaxilədən uzaqlaşma adlandırıb.
Tokayev fevralın 5-də Qazaxıstan hökumətini istefaya göndərib. O, bu qərarını Əlixan Smailovun kabinetinin fəaliyyətində təşəbbüskarlığın olmaması ilə izah edib. Yeni baş nazir prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov olub.
Tural
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi