Medvedev ABŞ-ın bu təklifinə sərt reaksiya verdi: Hər kəslə axmaq kimi...
Bizi izləyin

MDB

Medvedev ABŞ-ın bu təklifinə sərt reaksiya verdi: Hər kəslə axmaq kimi...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Amerika Birləşmiş Ştatlarının START müqaviləsi ilə bağlı təklifinə kəskin reaksiya verib.

Publika.az xəbər verir ki, o, bunu Telegram kanalı vasitəsilə edib.

Onun sözlərinə görə, amerikalılar hər kəslə “tam axmaq” kimi davranmağa davam edəcəklər.

“Birləşmiş Ştatlar strateji hücum silahlarının azaldılmasına dair yeni müqavilə üzərində danışıqlar aparmağı təklif edir. Biz neonasistləri bütün növ silahlarla, o cümlədən müxtəlif uzaqmənzilli raketlər və qırıcılarla təmin edəcəyik və sizinlə yeni START müqaviləsini müzakirə edəcəyik", - deyən Medvedev, "laqeyd, kinsiz varlıqlar" ifadəsini də işlədib.

O deyib ki, Vaşinqton belə bir təklifə yalnız o halda baxa bilər ki, Ukraynaya silah verməkdən imtina etsin və onun Şimali Atlantika Alyansına qəbuluna mane olsun.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm