Rusları təhqir edən Özbəkistan diasporunun rəhbərinə görün hansı cəza verildi
Bizi izləyin

MDB

Rusları təhqir edən Özbəkistan diasporunun rəhbərinə görün hansı cəza verildi

Rusları təhqir edən Özbəkistan diasporunun rəhbərinə görün hansı cəza verildi

Rusiyadakı regionlararası özbək icmasının rəhbəri, “Vatandosh” diaspor təşkilatının sədri Usman Baratov məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə "SOTAvision" teleqram kanalı məlumat yayıb.

“Moskva vilayətinin Stupino şəhər məhkəməsi Baratovu düşmənçilikdə və nifrət yaymaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edib", - məlumatda deyilir.

Qeyd edək ki, Barativ 2023-cü ilin dekabrında Rusiya ilə bağlı "Odnoklassniki" səhifəsində istehzalı yazı yerləşdirib. O, qeydini toyuqların şəkli ilə paylaşıb. Bir ay sonra aktivistlər buna diqqət çəkiblər. Onlar Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinə müraciət ediblər, o da öz növbəsində “istehzalı yazı”nın dərci ilə bağlı cinayət işinin başlanmasını əmr edib. Dindirilmə zamanı o, təqsirini boynuna almayıb. Cinayət işi üzrə bir sıra məhkəmə-tibb ekspertizaları, o cümlədən linqvistik və kompüter-texniki ekspertizalar təyin edilib. 27 fevral 2024-cü ildə Usman Baratov Ekstremistlər və Terrorçuların Rosfinmonitorinq Siyahısına daxil edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm