MDB
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələnin olacağı gözlənilir - Alimlərdən SOS SİQNALI
Kamçatkada 9 bal gücündə zəlzələnin olacağı proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, yaxın 24 saat ərzində Kamçatkada 6-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı yüksədir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsi Vulkanologiya və Seysmologiya İnstitutunun ümumi şurasının avqustun 18-də dərc olunmuş rəyində deyilir.
Alimlərin fikrincə, bölgədə baş vermiş zəlzələ Avaça körfəzi ərazisində daha güclü təkanların əlaməti ola bilər.
“Biz 18-19 avqust 2024-cü il tarixlərində Petropavlovsk-Kamçatka şəhər aqlomerasiyasında 6-9 bal gücündə təkan yarada biləcək seysmik hadisənin baş vermə ehtimalının artması barədə məlumat verməyi zəruri hesab edirik” - sənəddə deyilir.
Petropavlovsk-Kamçatski, Yelizovo, Vilyuçinsk şəhərlərində və Ust-Kamçatsk kəndində 9 bala qədər seysmik təsir gözlənilir.
Xatırladaq ki, avqustun 17-də Moskva vaxtı ilə 22:10-da Kamçatka sahillərində 7 bal gücündə zəlzələ qeydə alınıb.
Ləman
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19 Aprel 19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19 Aprel 19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO





































