MDB
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 5-də Qırğızıstana səfər edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə açıqlamasında Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.
Azımbakiyev bildirib ki, Viktor Orban səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Danışıqlarda Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının geniş spektri müzakirə olunacaq və ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin gün Qırğızıstana dövlət səfəri edəcək. Səfər zamanı Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüş, eləcə də Qırğızıstan-Türkiyə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın 6-cı iclası keçiriləcək. Tərəflər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə edəcəklər.
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














