MDB
Ukraynada “dil patrulları” işə başladı: Rus dilində danışanları... - VİDEO
Ukraynanın İvano-Frankovsk şəhərində “dil patrulları” fəaliyyətə başlayıb. Müfəttişlər rusdilli vətəndaşlara yaxınlaşaraq onları pulsuz Ukrayna dili kurslarına yazılmağa təşviq edirlər.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Videolardan birində patrul könüllüsü rus dilində ünsiyyət qurduqlarına görə satıcı və adi yoldan keçəni danlayıb.
"Strana.ua" nəşri qeyd edir ki, rus dilində ünsiyyət Ukraynanın dil qanunvericiliyinin pozulması deyil.
Sentyabrda İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv demişdi ki, şəhərdə insanlar daha çox rus dilində danışmağa başlayıblar və buna görə də yerli hakimiyyət orqanları dil müfəttişlərinin işini təşkil etmək qərarına gəlib. Onun sözlərinə görə, bu, həm şəhər, həm də bütövlükdə Ukrayna üçün “problemdir”.
Politoloq İnna Litvinenko isə izah edib ki, İvano-Frankovskda dil müfəttişlərinin yaradılması qərarı şəhər merinin Ukrayna prezidenti Vladimir Zelenskiyə necə “xeyirxahlıq etdiyini” göstərir.
Ekspert qeyd edib ki, bu vəzifə üçün könüllülərin üçdə biri Rusiyanın yeni regionlarının ərazilərindən müvəqqəti köçkün düşmüş insanlardır.
Əvvəllər Ukraynada onlar ikidilliliyə görə “linqvistik şizofreniya” riskini görürdülər.
Adəm Abbaslı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































