MDB
Kreml yeni səfiri Vaşinqtona göndərir
Rusiyanın ABŞ-a təyin edilən yeni səfiri Aleksandr Darçiyev martın 26- da Vaşinqtona səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumatlı mənbəyə istinadla məlumat yayıb.
"Səfirin martın 26-da Vaşinqtona yola düşəcəyi gözlənilir", - məlumatda deyilir.
Darçiyev səfəri ilə bağlı əlavə məlumat verilməyib.
Rusiya prezidenti Vladimir Putin bu il martın əvvəlində Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib. Onun sələfi 2017-2024-cü illərdə bu vəzifəni icra edən Anatoli Antonov idi.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyevin əsas vəzifələri ABŞ-la münasibətləri inkişaf etdirmək və Rusiyanın maraqlarını müdafiə etməkdir.
Dariçev yeni vəzifəsinə qədər Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik edib.
O həmçinin 2014-2021-ci illərdə Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.
Diplomatın 64 yaşı var və Macarıstanda anadan olub .
-
Magazin106:16Azərbaycanlı futbolçunun toyu oldu - VİDEO
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar














.jpg)
























