MDB
Generalın məhkəməsi dayandırıldı: Görün hara göndərirlər
Rusiyanın 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popovun məhkəmə işi üzrə icraatın dayandırılması xahiş edilib. Bu xahiş Tambov Qarnizonu Hərbi Məhkəməsindən Rusiya Müdafiə Nazirliyinin onunla xüsusi hərbi əməliyyatda (SMO) iştirak etmək üçün müqavilə imzalamaq qərarı ilə əlaqədar edilib.
Publika.az xəbər verir ki, bu barədə TASS onun vəkili Sergey Buinovskiyə istinadən məlumat yayıb.
Vəkil bildirib ki, Popovun müdafiəçiləri Rusiya Müdafiə Nazirliyi ilə birlikdə müvəkkilinin müharibə zonasına göndərilməsi barədə müsbət qərarla əlaqədar iş üzrə icraatın dayandırılması və həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Buinovski əlavə edib ki, general dəstək və etimada görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.
Qeyd edək ki, general Popov 2024-cü ilin mayında həbs olunub, lakin iyul ayında onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib. Bu işdə mərkəzi fiqur general-leytenant Oleq Tsokovdur. Müstəntiqlər onu Popovu qumara həvəsindən istifadə edərək cinayət sxeminə cəlb etməkdə ittiham edirlər.
Adəm Abbaslı
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir































.jpg)


