MDB
Şoyqu "Crocus" terroruna görə həbs olunanların SAYINI AÇIQLADI
"Rusiya xüsusi xidmət orqanları 2024-cü ilin martında "Crocus City Hall" konsert zalında terror aktının təşkilində iştirak edən 45 nəfəri müəyyən edib və saxlayıblar".
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hücum Ukrayna hərbi kəşfiyyatı və beynəlxalq terror təşkilatlarının üzvlərinin iştirakı ilə hazırlanıb.
“Ukrayna hərbi kəşfiyyatı miqrantlardan və terrorçulardan “Krokus”a hücum da daxil olmaqla yüksək profilli aksiyalar üçün fəal şəkildə istifadə edir. Saxlanılanların hamısı avadanlıq və təlimlərdə dəstək alıblar”, - Şoyqu vurğulayıb.
O, həmçinin qeyd edib ki, 2024-cü ildə 200-dən çox terror aktının qarşısı alınıb, onlardan 14-ü təhsil müəssisələrində və kütləvi toplaşma yerlərində planlaşdırılıb.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, 2023-cü ildə terror fəaliyyətinə görə 1,8 mindən çox adam saxlanılıb, 42 dəstə üzvü müqavimət göstərərkən məhv edilib.
“230 milyon rubldan çox olan hesablar bloklanıb, 120 min terror məzmunu internetdən silinib”, - o əlavə edib.
Şoyqu davam edən təhdidlərə diqqət çəkib: “Terrorçular Şimali Qafqazda hücrələr yaratmağa çalışırlar və Qərb dövlətləri onlardan Rusiya Federasiyasına Mərkəzi Asiya, Zaqafqaziya və Afrikada təzyiq göstərmək üçün istifadə edirlər".
Hüseyn İbadlı
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI














.jpg)



.jpg)
.jpg)







.jpg)





.png)




