MDB
Putin bunu qəsdən edir: Sibiqa rusların son hücumunu ŞƏRH ETDİ
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Kiyevə qarşı son kütləvi hücumunu şərh edərkən, Kremlin bunu G7 sammiti zamanı qəsdən etdiyini iddia edib.
Publika.az "Avropa həqiqəti"inə istinadən xəbər verir ki, bu barədə Sibiqa "X" sisial şəbəkəsində yazıb.
Nazir yüzlərlə pilotsuz uçan aparatın və raketin mülki şəxsləri hədəf aldığını, Kiyevin xüsusilə ağır zərbə aldığını söyləyib.
"Putin bunu qəsdən, məhz G7 sammiti zamanı edir. O, ABŞ-a və qətllərə son qoymağa çağıran digər tərəfdaşlara tamamilə etinasızlıq siqnalı verir", - Sibiqa yazıb.
"Rusiya həll yolları tapmaq və müharibəyə son qoymaq üçün təkcə atəşkəs və ya liderlərin görüşünü rədd etmir. O, diplomatik həll yolları axtarırmış kimi görünməklə Ukraynanın paytaxtına həyasızcasına hücum edir", - deyə o əlavə edib.
Xatırladaq ki, iyunun 17-nə keçən gecə ruslar dron və raketlərlə Ukraynaya hücum ediblər. Paytaxtda partlayış səsləri eşidilib, dağıntılar var. İlkin olaraq 40 qurbanın olduğu bildirilirdi, lakin sonra paytaxtda 14 nəfərin öldüyü məlum olub.
Adəm
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu









.jpg)



























