MDB
600 milyon mənimsədiyi üçün ölkədən qaçdı: Türkiyə onu Rusiyaya təhvil verdi
Cinayətkar qrup yaratmaqda və səhmdarların 600 milyon rubla yaxın vəsaitini oğurlamaqda şübhəli bilinən Rusiya vətəndaşı Türkiyədən deportasiya edilib.
Publika.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, şübhəli şəxs İstanbul hava limanında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Məlumata görə, təqsirləndirilən şəxs 2012-2017-ci illərdə qulluq mövqeyindən istifadə edərək Volqoqrad, Moskva və digər ərazilərdə yaşayış komplekslərinin pay sahiblərinin vəsaitlərinin sui-istifadəsi ilə məşğul olan cinayətkar qrup yaradıb. Nəticədə yüzlərlə pay sahibi əldə etdiyi mənzili itirib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və çirkli pulların yuyulması maddələri ilə cinayət işi açıldıqdan sonra təqsirləndirilən şəxs xaricə qaçıb. O, 2017-ci ilin noyabrında İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
"Rusiya Daxili İşlər Nazirliyinin NCB İnterpolunun türk həmkarları ilə birgə keçirdiyi xüsusi əməliyyat sayəsində axtarışda olan şəxs üçüncü ölkədə saxlanılaraq Rusiyaya təhvil verilməsi üçün İstanbula gətirilib", - deyə Volk bildirib.
Şübhəli şəxs istintaq hərəkətləri üçün yaxın vaxtlarda Rusiyaya təhvil verilib.
Adəm
-
Tarix15:10Arxeoloqlar tarixin ən böyük gəmisini tapdı
-
Dünya14:25Baxçalıdan İranla bağlı şok açıqlama: Təhdid olduqca tanışdır
-
Nida Xəbər 13:33İlham Əliyev Tərtərdə açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Qoroskop12:40Bu il əsl sevgini tapacaq 4 bürc
-
Dünya11:30Rusiya-Ukrayna müharibəsi rekord qırdı
-
Dünya09:54ABŞ bu ölkəni böhranla üz-üzə qoyur: Süqut edə bilər
-
Sosial09:42Bakı metrosunda yeni tarif? - RƏSMİ AÇIQLAMA VERİLDİ
-
Dünya09:00"SpaceX"in məqsədi yadplanetlilərlə görüşməkdir - Mask







.jpg)



















.jpg)












