Ukraynada sorğu: Əhalinin 76 faizi Rusiyanın təklif etdiyi “sülh  planı”nı...
Bizi izləyin

MDB

Ukraynada sorğu: Əhalinin 76 faizi Rusiyanın təklif etdiyi “sülh  planı”nı...

Ukraynalıların 76%-i işğalçılıq müharibəsi aparan Rusiyanın şərtləri ilə həyata keçirilən “sülh planı”nı qəti şəkildə rədd edir.

Publika.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun ( KIIS ) sorğusunun nəticələri deyir.

Sorğuda iştirak edənlərin yalnız 17% Rusiyanın tələbləri ilə razılaşa biləcəklərini bildirib. Ukraynalılar Avropa ilə Ukraynanın birgə sülh planını ən məqbul plan hesab edirlər.

Bütün bölgələrdə əhali Rusiyanın tələblərinə qəti şəkildə qarşıdır və yalnız kiçik bir hissəsi sülh naminə onun tələblərini qəbul etməyə hazırdır.

Həmçinin ABŞ-ın şərti planını respondentlərin 39%-i qəbul edə bilər, bu rəqəm may ayında 29% olub (eyni zamanda, əvvəlki kimi respondentlər əsasən bu variantın onlar üçün çətin olduğunu vurğulayırlar). Eyni zamanda, ukraynalıların əksəriyyəti (49%) üçün plan qəti şəkildə qəbuledilməzdir (mayda 62%).

54% Avropa və Ukraynanın birgə planını qəbul etməyə hazırdır (mayda 51%). 30% bu planı qəti şəkildə qəbuledilməz hesab edir (mayda - 35%).

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm