Rusiya bu ölkə ilə yeni marşrutları müzakirə edir: Hədəfi nədir?
Bizi izləyin

MDB

Rusiya bu ölkə ilə yeni marşrutları müzakirə edir: Hədəfi nədir?

Rusiya və Serbiya Avropaya enerji nəqli üçün yeni marşrutlar üzrə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Serbiya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, əsas layihə Slovakiya və Avstriyaya gələcək tədarük üçün Macarıstana qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Eyni zamanda, Serbiyanı Rusiyanın “Drujba” kəməri ilə birləşdirəcək illik gücü 3 milyon ton olan neft kəməri layihəsinə baxılır. Layihənin maliyyə qiymətləndirilməsi üç ölkənin mütəxəssisləri tərəfindən aparılır.

Serbiya Rusiya qazının idxalını artırmaqda davam edir, onun payı 2024-cü ildə 93%-ə çatıb. Respublika hökumətinin nümayəndəsi bildirib ki, “Qazprom”la yeni istiqamətlərdə əməkdaşlıq ölkənin tranzit rolunu gücləndirəcək.

2025-ci ilin birinci yarısında “Balkan axını” (Türk axınının davamı) vasitəsilə tədarükün həcmi 7% artaraq 8,3 milyard kubmetr təşkil edib. Bu, hazırda Rusiyadan Aİ-yə yeganə aktiv qaz kəməridir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm