MDB
Rusiyanın İl-96-300 təyyarəsi Alyaskaya endi
Moskvanın Vnukovo hava limanından havaya qalxan Rusiyanın "İl-96-300" təyyarəsi Ankoric hava limanına ( Alyaska , ABŞ ) çatıb.
Publika.az xəbər verir ki, uçuş məlumatları "Flightradar24" portalının məlumatları ilə təsdiqlənir.
Onlayn izləyicilərin məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 03:09-da eniş edib. Onun enişini real vaxt rejimində xidmətin 23 mindən çox istifadəçisi izləyib.
Avqustun 14-ü axşam saatlarında Moskvadan havaya qalxmış digər İl-96 təyyarəsi də Ankoricə atıb. Həmin təyyarədə Rusiya–ABŞ sammitinə hazırlıqla məşğul olan qabaqcıl qruplardan biri ola bilər.
Avqustun 15-də Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaqlar. Əsas mövzu — Ukraynada sülhün təmin olunmasıdır. Müzakirə edilən təkliflərə ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası daxil ola bilər.
Putinlə birlikdə Ağ Ev rəhbəri ilə danışıqlarda Rusiya nümayəndə heyəti də iştirak edəcək. Heyətə, o cümlədən, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Andrey Belousov daxildir.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)






.jpg)







.jpg)

.jpg)







