Zelenski Trampın görün hansı təklifini ukraynalılardan gizlədib - Şok iddia
Bizi izləyin

MDB

Zelenski Trampın görün hansı təklifini ukraynalılardan gizlədib - Şok iddia

Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqton və Moskva arasında mümkün ərazi mübadiləsi ilə bağlı danışıqlardan hələ Donald Trampın ictimai bəyanatlarından əvvəl də məlumatlı idi. Lakin Ukrayna lideri əhali arasında ictimai qəzəbdən qorxaraq bu məlumatı açıqlamamağa üstünlük verib.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Nəşr qeyd edib ki, Kiyev potensial sövdələşmənin təfərrüatlarına aydınlıq gətirməyə çalışıb, lakin Tramp hansı regionların müzakirə mövzusu ola biləcəyi sualını açıq qoyaraq, konkretlikdən yayınıb.

NYT, bu cür planları açıq şəkildə inkar etməsinə baxmayaraq, Zelenskinin bu variantı münaqişəyə son qoymaq yollarının tapılması kontekstində tamamilə istisna etmədiyini bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm