MDB
Putinin olduğu təyyarə Trampla görüşdən əvvəl bu bölgəyə eniş etdi
Rusiya prezidenti Vladimir Putinin olduğu təyyarə avqustun 15-də səhər saatlarında Maqadanda eniş edib.
Publika.az xəbər verir ki, regiona qısa səfərdən sonra təyyarə ABŞ prezidenti Donald Trampla danışıqların planlaşdırıldığı Ankoric şəhərinə uçacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Maqadanda sənaye müəssisələrinə baş çəkəcək və regionun qubernatoru Sergey Nosovla görüşəcək. Yeni istehsal sahələrinə xüsusi diqqət yetiriləcək. "Prezident rayon rəhbəri ilə görüşdən əlavə, Mayak parkının mədəniyyət və sosial mərkəzinə baş çəkəcək, idman-istirahət kompleksinə baxacaq. Daha sonra prezidentin proqramına Alsib qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulması da daxildir. Maqadanda proqramı başa vurduqdan sonra dövlət başçısı Rusiya-Amerika danışıqlarında iştirak etmək üçün Alyaskaya yollanacaq", - Peskov deyib.
Xatırladaq ki, ABŞ və Rusiya dövlət başçılarının görüşü bu gün Bakı vaxtı ilə saat 23:30-a planlaşdırılıb. Danışıqlar Alyaskadakı Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında olacaq. Putin və Tramp təkbətək danışmağı, daha sonra nümayəndə heyətləri ilə iş səhər yeməyi üzərində danışıqları davam etdirməyi planlaşdırır.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev daxildir.
Akqabay
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)






.jpg)







.jpg)

.jpg)







