MDB
Məmmədəli Ağayev Moskvada SAXLANILDI - FOTO
Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev büdcədən 20 milyon rubl mənimsəməkdə şübhəli bilinərək Daxili İşlər Nazirliyi və FTX tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün "Telegram"kanalında məlumat verib.
"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Rusiyanın FTX-nin Moskva şəhəri və Moskva vilayəti üzrə əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - məlumatda deyilir.
İlkin istintaq məlumatlarına görə, şübhəli şəxs naməlum şəxslərlə əlbir olaraq Moskva büdcəsini doldurmaq üçün nəzərdə tutulan büdcə vəsaitlərinin qanunsuz mənimsənilməsi sxemini hazırlayıb. Bunun üçün o, fərdi sahibkar kimi qeydiyyatdan keçərək rəhbərlik etdiyi teatrla qondarma müəlliflik müqavilələri bağlayıb.
Sənədlərə görə, Ağayevin hüquqlarını teatra verdiyi pyeslərə bir neçə ssenari yazdığı iddia edilir. Görülən işlərlə bağlı saxtalaşdırılmış hesabatlara əsasən, o, hər tamaşaya görə kassa mədaxilinin 4 faizini alıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Məmmədəli Ağayev Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Vladimir Putinin Fəxri Fərmanına layiq görülüb.
Hüsyen İbadlı
-
İKT19:12İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal




















.jpg)





.jpg)









