MDB
Lukaşenko nə qədər kartof yediyini açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko kartofçuluğun inkişafı ilə bağlı keçirilən müşavirədə çox kartof yemədiyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə video “Пул Первого” adlı "Telegram" kanalında yayımlanıb.
“Mən sizə demişdim ki, az kartof istifadə edirəm. Amma buna baxmayaraq, akademiklər mənə bəzən yeni sortlar təqdim edirlər, mən də onların necə yetişdiyinə baxıram”, – deyə Lukaşenko bildirib və qeyd edib ki, söhbət yerli seleksiya kartoflarından gedir.
Belarus liderinin sözlərinə görə, sovet dövründə respublika kartof yetişdirilməsində Rusiya və Ukraynadan sonra üçüncü yeri tuturdu. Prezident bunu Belarusda əkin üçün daha az hektar torpaq sahəsinin olmasına bağlayıb.
Lukaşenko vurğulayıb ki, belaruslar hər zaman istənilən şəraitdə kartof yetişdirmə bacarığı ilə tanınıblar. O, həmçinin “bahar vaxtı əyilib bir səbət kartof əkmək çətindir” deyənləri tənqid edib.
Hüseyn İbadlı
-
İKT19:12İctimai TV-yə baş direktor seçimi üçün sənəd qəbulu elan olundu
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal




















.jpg)





.jpg)









