İrəvana uçan təyyarələr havaya qalxa bilmədi
Bizi izləyin

MDB

İrəvana uçan təyyarələr havaya qalxa bilmədi

İrəvana uçan təyyarələr havaya qalxa bilmədi

Soçi-İrəvan istiqamətində uçmalı olan sərnişinlər eyni vaxtda iki təyyarənin mühərrikində nasazlıq yaranması səbəbindən havaya qalxa bilməyiblər.

Publika.az xəbər verir ki, Rusiya Hava Yollarına məxsus təyyarə Moskva vaxtı ilə saat 6:30-da Ermənistana uçmalı idi. Lakin mühərrikdə yaranan nasazlıq uçuşa imkan verməyib və reys təxirə salınıb.

Daha sonra ehtiyat təyyarə ilə uçuşun həyata keçirilməsi planlaşdırılsa da, onun da mühərrikində problem yaranıb və sərnişinlər yenidən terminala qaytarılıb.

Hazırda uçuşun vaxtı dəqiqləşdirilir, sərnişinlər terminalda gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm