Rusiyada vertolyot qəzaya uğradı: Göyərtədə vulkanoloqlar olub
Bizi izləyin

MDB

Rusiyada vertolyot qəzaya uğradı: Göyərtədə vulkanoloqlar olub

Rusiyada vertolyot qəzaya uğradı: Göyərtədə vulkanoloqlar olub

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri Saxalin vilayətindəki İturup adasına sərt eniş edib.

Publika.az xəbər verir ki, bu barədə “Amur Mash” Telegram kanalı məlumat verib. Bildirilir ki, vertolyot yan yatıb. Bəzi məlumatlara görə, təyyarə kommersiya uçuşu həyata keçirib, vulkanoloqları Kudryavı vulkanına aparırmış.

İlkin məlumata görə, təcili eniş nəticəsində iki nəfər xəsarət alıb. Hadisənin bütün səbəblərini müəyyən etmək üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

Qeyd olunur ki, Mi-8-i bərpa etmək mümkün deyil. Helikopterdə olan insanların ümumi sayı barədə məlumat verilmir. Zərərçəkənlərin xəsarətlərinin ağırlığı da məlum deyil.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm