MDB
Zelenski onu PA-nın rəhbəri təyin etmək istəyir, amma...
Ukrayna prezidenti Vladimir Zelenski baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixail Fyodorovu Prezident Aparatının rəhbəri vəzifəsinə əsas namizəd hesab edir.
Publika.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda”nın Ali Rada və hökumətdəki həmsöhbətləri məlumat verib.
Bildiriblər ki, prezident Vladimir Zelenski Fyodorovun namizədliyinə meyl edir.
"Qərar, demək olar ki, yekun idi. Lakin cümə günü səhərə olan məlumata görə, prezident hələ də bunu götür-qoy edir", - mənbələr bildirib.
Qeyd olunur ki, parlament Fyodorovu yeni təyinatdan əvvəl hökumət vəzifələrindən azad etməlidir.
Dekabrın 4-də Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərlə əlavə görüşlər keçirdiyini açıqlayıb.
"Mən Prezident Aparatının yeni rəhbəri vəzifəsinə namizədlərlə əlavə görüşlər keçirdim. Aparatın iş formatlarını və Ukraynanın maraqları üçün vacib olan digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətini müzakirə etdik. Aparatın yeni rəhbəri ilə bağlı qərar tezliklə veriləcək", - prezident deyib.
Adəm
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?


































