MDB
Tramp təzyiq etdi: Zelenski 30 ölkə lideri ilə təcili görüş keçirdi
Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderləri ilə genişmiqyaslı görüş keçirməyi planlaşdırır. Bu addım ABŞ prezidenti Donald Trampın Zelenskidən sülh sazişlərinin qəbuluna dair artan təkidlərinin fonunda atılır.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Zelenski cümə axşamı Rusiya ilə münaqişədə Kiyevi dəstəkləyən 30-a yaxın ölkənin liderləri ilə təcili danışıqlar aparıb. Videobağlantı formatında keçirilən görüşdə Almaniya, Böyük Britaniya və Fransa liderləri də iştirak ediblər.
Zelenski ABŞ-ın təzyiqinin artması səbəbindən münaqişənin həlli üçün danışıqların təxirəsalınmaz olduğunu bildirib. Bununla belə, Avropa liderləri sülh danışıqlarının onların təhlükəsizliyi üçün risk yarada biləcəyini düşünərək prosesin pozulacağından narahatdırlar.
Qeyd edək ki, çərşənbə günü Donald Tramp Avropa liderləri ilə telefon danışığı etdiyini, təklifləri “olduqca sərt şərtlərlə” müzakirə etdiyini açıqlayıb və Zelenskini ərazilərin qaytarılması məsələsində daha realist mövqe tutmağa çağırıb.
Adəm
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






















.jpg)













