MDB
Kadırova qarşı AĞIR İTTİHAM: İşi məhkəməyə göndərildi
Ukrayna Baş Prokurorluğu Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı ittiham aktını məhkəməyə göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
İstintaq müəyyən edib ki, Kadırov Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Milli Qvardiyasının, Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə bölmələrinin Ukrayna ərazisinə basqınını təşkil edib.
Onun tapşırığına əsasən tabeliyində olan birləşmələr yaşayış məntəqələrini ələ keçirib, sakinlərə vəhşilik edib, müharibə qanunlarını pozub.
Kadırov "Telegram" kanalında dəfələrlə Rusiyanın silahlı təcavüzünə, Ukrayna ərazilərinin ələ keçirilməsinə və bu cinayətlərdə iştirak edən hərbi qulluqçulara haqq qazandırıb, onları tərifləyib.
O da müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2022-ci ilin oktyabrından 2025-ci ilin may ayına qədər Ukrayna Silahlı Qüvvələrinin Çeçenistandakı hərbi obyektlərə zərbələr endirməsi riskini dərk edərək, Rusiya təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi yerlərdə azı 200 ukraynalı hərbi əsirin saxlanmasını təşkil ediblər. Bu, hərbi obyektləri hücumlardan qorumaq üçün əsirlərdən “insan qalxanı” kimi istifadə etmək məqsədi ilə edilib.
Bu cür hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinə əsasən müharibə cinayəti hesab olunur.
Qeyd edək ki, Ukrayna Cinayət Məcəlləsinə əsasən Kadırov barəsində ömürlük həbs cəzası nəzərdə tutulur.
Ukrayna Təhlükəsizlik Xidməti qiyabi olaraq Çeçenistan Respublikasının rəhbərinin ukraynalı hərbi əsirlərə qarşı qəddar rəftarda iştirakına görə şübhəli olduğunu bəyan edib.
Adəm
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






















.jpg)













