MDB
Putin Türkmənistana getdi
Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Türkmənistanın paytaxtı Aşqabada gedib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Yayılan məlumata görə, Rusiya dövlət başçısının təyyarəsi Aşqabad hava limanının “Kiçik quş” kimi tanınan prezident terminalına enib. Trapda Rusiya liderini parlaq yaşıl gödəkçələr geyinmiş fəxri qarovul dəstəsi qarşılayıb. Onlar milli türkmən naxışlı açıq-bej rəngli xalça cığırı boyunca düzülüblər.
Rusiya lideri səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif, İran və İraq prezidentləri Məsud Pəzeşkian və Əbdüllətif Rəşidlə görüşəcək.
Həmçinin tədbirdə Putinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.
Qeyd edək ki, 11-12 dekabr tarixlərində Aşqabada Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forum keçiriləcək.
Hüseyn İbadlı
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






















.jpg)













