MDB
Rusiyada xəngəli belə təqdim edən restoranı cərimələdilər
Rusiyada bir gürcü restoranının meneceri Müqəddəs Basil kilsəsinin günbəzlərini xəngəldə təsvir etdiyinə görə cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Bir müştəri Orenburqdakı gürcü restoranı "Nino&Vano"ya qarşı "dini hissləri təhqir etmək" ittihamı ilə şikayət ərizəsi verib. Bu iddia, Moskvanın Müqəddəs Bazil Katedralının günbəzlərinin xəngəllərdə təsvir olunduğu reklam vərəqələrindən qaynaqlanıb.
Məhkəmənin bəyanatında prokurorun nümayəndəsinin Rus Pravoslav Kilsəsinin Orenburq Yeparxiyasının vəkilini dindirdiyi bildirilir. O, Müqəddəs Basil Katedralının aktiv kilsə olduğunu və buna görə də vərəqədəki şəklin "müqəddəs məkanın birbaşa təhqir edilməsi" olduğunu təsdiqləyib.
"Əslində, anlaşılmazlıq olub. Şirkətimiz düzgün olmayan xidmətin qurbanı olub. Hadisədən sonra dizayn firması ilə əlaqə saxladıq və dizayner bizə bunun neyron şəbəkəsi olduğunu, heç bir pis niyyət güdmədiyini dedi", - vəkillər bildiriblər.
Məhkəmə onların arqumentləri ilə razılaşmayıb və restoran menecerini dini əşyaları təhqir etdiyinə görə 150.000 rubl cərimələyib.
Tural
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO






















.jpg)













