MDB
Güclü daşqınlar Dağıstanda həyatı iflic etdi
Dağıstanda daşqınların genişmiqyaslı nəticələri ilə əlaqədar zərər çəkmiş hər bir bələdiyyədə operativ qərargahlar yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Melikov göstəriş verib.
Region rəhbərinin administrasiyasından bildirilib ki, qərargahların vəzifəsi zədələnmiş infrastrukturun bərpası üzrə səyləri əlaqələndirməkdir. Güclü yağışlar Dağıstanda elektrik və su təchizatında ciddi kəsintilərə, yaşayış binalarının və infrastrukturun su altında qalmasına, həmçinin nəqliyyat sisteminin işində fasilələrə səbəb olub. Respublikanın paytaxtı Mahaçqalada fövqəladə vəziyyət rejimi elan edilib. Daşqın zonalarından 100-dən çox sakin təxliyə olunub.
Bundan əvvəl Dağıstanda 320 mindən çox insanın elektrik enerjisinin kəsilməsi ilə üzləşdiyi bildirilirdi. Məlumata görə, kəsintilər 72 mindən çox evi, habelə 412 sosial infrastruktur obyektini əhatə edib. Elektrik enerjisinin verilişinin tam bərpası üzrə işlərin Moskva vaxtı ilə saat 17:00-a qədər yekunlaşacağı gözlənilir.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
