MDB
Astana “Yer saatı” beynəlxalq aksiyasına qoşuldu
Astana “Yeni Qazaxıstan” təşəbbüsü çərçivəsində qlobal “Yer saatı” ekoloji kampaniyasında iştirak edib.
Publika.az-ın Astana meriyasına istinadla verdiyi məlumata görə, bir neçə memarlıq abidəsində xarici dekorativ işıqlandırma yerli vaxtla saat 20:30-dan 21:30-dək müvəqqəti olaraq söndürülüb.
“Xan Şatır” Ticarət və Əyləncə Mərkəzində şəhər sakinləri üçün ətraf mühitin qorunması mövzusunda viktorina və konsert proqramı da daxil olmaqla genişmiqyaslı interaktiv tədbir təşkil edilib.
Tədbir Qazaxıstan Ətraf Mühit Təşkilatları Assosiasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıl İqtisadiyyat və İnkişaf üzrə “G-Global” koalisiyası və Astana meriyası tərəfindən təşkil olunub.
“Yer saatı” Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) himayəsi altında illik beynəlxalq tədbirdir. Burada 180 ölkənin 7000 şəhərindən 2 milyarddan çox insan iştirak edir. 2026-cı ildə tədbir 19-cu, Qazaxıstanda isə 17-ci dəfə keçirilib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
