MDB
Brüssel İrəvanı Moskva ilə üz-üzə qoyur - Rusiyalı politoloq
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması yaxın gələcəkdə real görünmür.
Publika.az xəbər verir ki, bu barədə politoloq Dmitri Suslov İrəvanda keçirilən dəyirmi masa zamanı bildirib.
Politoloq Qərbin regiondakı siyasətini kəskin tənqid edərək, İrəvanı ciddi risklərlə bağlı xəbərdar edib.
“Ermənistan Aİ-yə üzvlüklə bağlı hər hansı qanun qəbul edərsə, Rusiya bunu İrəvanın gələcəkdə anti-Rusiya qaydaları ilə oynamağa hazır olması kimi qiymətləndirəcək. Belə bir addım Brüsselə Ermənistanın xarici siyasətini dəyişmək üçün təzyiq rıçaqı verəcək. Əgər məqsəd bu deyilsə, onda bu cür qanun layihələrindən imtina edilməlidir”, - deyə Suslov bildirib.
Ekspert həmçinin Qərbin Ermənistana verdiyi iqtisadi vədlərin şübhəli olduğunu vurğulayıb:
“Rusiya Ermənistanın digər tərəfdaşlarla münasibət qurmasına qarşı deyil. Əsas məsələ odur ki, Ermənistan Rusiya ilə mövcud münasibətləri korlamasın və balansı qorusun. Lakin biz görürük ki, rəsmi İrəvan təkliflərin sərfəli olub-olmamasına baxmayaraq, sırf seçilmiş siyasi kurs xatirinə Rusiya ilə əlaqələri qurban verir”.
Sonda Suslov əlavə edib ki, İrəvanın Qərbə meyllənməsi iqtisadi mənfəətdən çox, siyasi bir seçimdir və bu, Ermənistanın təhlükəsizliyi üçün gözlənilməz nəticələr doğura bilər.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
