MDB
Zelenskidən dünyanı qarışdıran "məxfi plan": Əvvəl Kiyevə, sonra Moskvaya
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni dayandırmaq üçün diplomatik gedişlərini sürətləndirib. O, tamamilə yeni və gözlənilməz təkliflə çıxış edib.
Publika.az xəbər verir ki, Zelenski birbaşa üçtərəfli görüşlərə alternativ olaraq ABŞ-ın texniki danışıqlar qrupunun “estafet” üsulu ilə hərəkət etməsini istəyib.
Zelenski təklifinin mahiyyətini belə izah edib: “Amerikalı qrup bizə gələ bilər, bizdən sonra isə Moskvaya yollansınlar. Əgər üçümüz bir yerdə otura bilmiriksə, gəlin bunu növbəli şəkildə edək. Bu, bizim rəsmi təklifimizdir”.
Ukrayna lideri bildirib ki, hazırda ABŞ-ın yeni administrasiyası ilə danışıqların təşkilində çətinliklər var. Onun sözlərinə görə, Donald Trampın komandası İrandakı gərginlik səbəbindən digər ölkələrə səfər etməkdən çəkinir. Rusiya isə öz növbəsində danışıqların ABŞ ərazisində keçirilməsinə qəti şəkildə razı olmur. Zelenskinin "məkik diplomatiyası" adlanan yeni gedişi məhz bu diplomatik kilidi açmağa hesablanıb.
Analitiklər hesab edir ki, bu format Ukrayna və Rusiya arasında birbaşa dialoqu istisna etdiyi üçün dayanıqlı sülhə nail olmağı çətinləşdirə bilər. Kreml hələlik bu təklifə rəsmi cavab verməyib.
Vaşinqton isə hazırda diqqətini daha çox İran böhranına yönəldib. ABŞ-da Ukrayna müharibəsindən yaranan "yorğunluq" və maliyyə yardımlarının azaldılması ilə bağlı müzakirələr Zelenskinin bu təşəbbüsünün taleyini sual altına qoyur.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?



































