MDB
Lukaşenko Trampa məsləhət verib: Ona dedim ki, bu işə qarışma!
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampla son təmasları barədə sensasiyalı açıqlama verib. Lukaşenko Trampa İsrail və İran arasındakı münaqişəyə birbaşa müdaxilə etməməyi məsləhət gördüyünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə Belarusun "BelTA" agentliyi məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, o, ABŞ tərəfinə İsrailə müstəqil hərəkət etmək imkanı verməyi tövsiyə edib.
"İsrail İranla müharibə etmək istəyirdi, qoy etsin. İmkan verin vuruşsunlar, siz niyə ora müdaxilə edirsiniz?" - deyə Belarus lideri Trampa müraciət edib.
Lukaşenko iddia edir ki, rəsmi Vaşinqton artıq bu xətti izləməyə başlayıb. O qeyd edib ki, ABŞ-ın ölkə xaricindəki münaqişələrdə iştirakı itkilərə səbəb olur və bu, cəmiyyətdə ciddi narazılıq yaradır. Belarus liderinin fikrincə, ABŞ vətəndaşlarının üçdə ikisi bu cür hərbi müdaxilələri dəstəkləmir.
Lukaşenko həmçinin Qərb ölkələrinin müharibələri tez-tez "özgə əlləri ilə" apardığını diqqətə çatdırıb.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
