Mədəniyyət
Fransanın Kolmar şəhərində Azərbaycana həsr olunan mədəni tədbirlər keçiriləcək
Bu ilin mayın 19-da Şəki ilə Fransanın Kolmar şəhəri arasında “Dostluq və əməkdaşlıq Xartiyası imzalanıb”, bununla da təməli hələ 2013-cü ildə qoyulmuş əlaqələr daha da möhkəmləndirilib. Mədəniyyət yalnız bir ölkəni tanıdan bir element deyil. Mədəniyyət həm də xalqları bir-birinə yaxınlaşdıran və onların arasındakı dialoqu möhkəmləndirən ən güclü vasitədir.
Publika.az-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) daxil olan məlumata görə, bu məqsədlə cəmiyyət Kolmar meriyası ilə birgə cari ilin sentyabrın 7-dən 12-dək bu şəhərdə bir sıra mədəni tədbirlər təşkil edəcək.
Əvvəlcə sentyabrın 7-də Azərbaycanın tanınmış caz ifaçısı Emil Əfrasiyab Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində çıxış edəcək. Konsert yerli “TV7” kanalı ilə canlı yayımlanacaq. Emil Əfrasiyab həmin konsertdə fransız musiqiçilərindən ibarət kvartetlə - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlinlə (saksofon) birgə çıxış edəcək. Emil artıq bu kvartetlə TEAS-ın dəstəyi ilə bu il Parisdə keçirilən məşhur “Jazz à Saint-Germain-des-Prés” və Reims şəhərində keçirilən “Sunnyside” festivallarında çıxış edib.
Sentyabrın 8-dən 12-dək Kolmarın Edmond Gerrer adına mediatekasında isə “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini Kolmar sakinlərinə tanıtmaqdır. Sərgidə nümayiş olunacaq şəkillər TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin məhsuludur. Xatırladaq ki, 150-dən çox fotoqraf həmin müsabiqəyə 750-dək foto göndərmişdi. Münsiflər heyəti “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallaldan ibarət idi.
Anar
-
İdman08:00DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI
-
Magazin207:30Türkiyədə narkotiklə bağlı yeni həbs dalğası - Hansı məşhurlar saxlanılıb?
-
Magazin106:16Türkiyədə səhnəyə elə libasda çıxdı ki... - VİDEO
-
İdman04:07DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi - YENİLƏNDİ
-
Nida Xəbər 00:00Sabiq səfir vəfat etdi
-
Sağlamlıq13 İyun 23:48Yayda yuxusuzluğa səbəb olan amillər
-
Region13 İyun 23:12Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
-
Nəqliyyat13 İyun 22:36Bakıda bir sıra parklanma məntəqələri müvəqqəti bağlanır










.jpg)


























