Mədəniyyət
Azərbaycanla İran razılığa gəldi
İranın Mədəniyyət və İslami İrşad naziri Əli Cənnəti ötən axşam Bakıya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Bunu "Trend"-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.
M.Pakayin bildirib ki, görüşdə cari ilin ikinci yarısında Azərbaycan mədəniyyət günlərinin İranda keçirilməsi haqqında razılıq əldə olunub.
Məlumata əsasən, Ə.Cənnəti bildirib ki, Azərbaycan mədəniyyət günlərinin İranda keçirilməsi iki xalqın dostluğunun daha da dərinləşməsinə, əlaqələrin inkişafına təkan verəcək: “İran Azərbaycanla müxtəlif mədəniyyət tədbirlərinin, o cümlədən Kino həftəsinin keçirilməsinə hazırdır. İki ölkə xalqlarının müştərək din, dil və oxşar mədəniyyətə sahib olması mədəniyyət proqramlarının daha da alqışla qarşılanmasına səbəb ola bilər”.
Görüşdə Ə.Qarayev iranlı həmkarının Bakıya səfərindən məmnunluğunu dilə gətirib və Azərbaycan mədəniyyət günlərinin Tehrandan başqa ölkənin digər şəhərlərində, o cümlədən İsfahan, Şiraz və Ərdəbildə keçirilməsini istəyib.
Ə.Qarayev tezliklə Azərbaycanda İran kino həftəsinin keçiriləcəyindən xəbər verib.
Görüşdə qərara alınıb ki, gələn il İranın mədəniyyət günləri Azərbaycanda keçirilsin.
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı










.jpg)























.jpg)

