Mədəniyyət
80 yaşlı Dadaşbala... – Video
Bu gün Azərbaycan mədəniyyətinin nəhəng simalarından olan xalq artisti Səyavuş Aslanın doğum günüdür. O, 1935-ci ilin bu günü Bakıda dünyaya gəlib.
1954-cü ildə musiqili komediya estrada truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında işləyib.
Musiqili Komediya Teatrının sevimli aktyorlarından olan Səyavuş Aslan 2 il bu teatrın bədii rəhbəri olub. Sənətkar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da çalışıb.
Dadaşbala (“Hicran”, S.Rəhman), İbişov (“Özümüz bilərik”, Ş.Qurbanov), Qəmzəli ("Qaçırılmış qız", C.Məmmədov), Mindilli (“Nişanlı qız”, S.Rəhman), Oddamdı (“Od gəlini”, C.Cabbarlı), Poloni (“Hamlet”, U.Şekspir) və başqa obrazları özünəməxsus şəkildə yaradan aktyorun filmoqrafiyası da zəngindir.
“Bəyin oğurlanması”, “Cin mikrorayonda”, "Romeo mənim qonşumdur", “Yol əhvalatı”, “Ulduz”, “Yuxu”, "Hacı Qara" və s. filmlərdəki rolları ilə tamaşaçılarının yaddaşında dərin iz buraxan Səyavuş Aslanı bu gün də təbəssümsüz xatırlamaq olmur.
Bir çox rollarını paylaşdığı, tərəf-müqabili olduğu xalq artisti Kübra Əliyeva Səyavuş Aslan haqqında deyir ki, çox hövsələsiz idi, hər yerə, hər şeyə tələsirdi. Ələkbər Kazımovskinin 2 seriyalı “Sabiqlər” televiziya tamaşası çəkiləndə də çox tələsmişdi. Həmişə rejissora deyirdi ki, məni bircə dəfə çəkəcəksən. Rejissorlar da qane olmurdu axı, bir neçə dəfə çəkmək istəyirdilər ki, montajda əllərində material olsun. Bir dəfə çəkilsə də, rolları əla alınırdı, ikinci dəfəyə heç ehtiyac olmurdu.
“Bəyin oğurlanması” filmində kadr təbii alınsın deyə Muxtar Maniyevin ona həqiqətən vurduğu sillədən sonra iki sənətkarın münasibəti pozulmuşdu.
Elə həmin filmdə onun dediyi “8 min pul alıblar məndən, oynamaqlarına bax!”, “Evdə də uşaqlar deyir atamız işə gedib” sözləri bu gün də dillər əzbəridir.
Əliaçıq, gənclərə daim kömək edən Səyavuş Aslan tamaşaçı tərəfindən nə qədər sevilirdisə, kənardan nə qədər xoşbəxt görünürdüsə, şəxsi həyatında bir o qədər bədbəxt idi.
Azərbaycan kinematoqrafiyasında dərin izlər qoymuş Səyavuş Aslan uzun sürən ağır xəstəlikdən sonra 2013-cü il iyulun 27-də 78 yaşında vəfat etdi. Onun ölümünü bütün həmkarları böyük bir istedadlı aktyor nəslinin son nümayəndəsinin getməsi kimi qiymətləndirdi.
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı










.jpg)























.jpg)

