Mədəniyyət
ABŞ Konqresi Üzeyir Hacıbəylinin xatirəsi üçün ayağa qalxdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub. Bu münasibətlə, ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə bildiriblər ki, çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü”
kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan
klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin
formalaşmasındakı rolundan danışıb.
O, Ü.Hacıbəylinin həyat və yaradıcılığı, o cümlədən müsəlman dünyasında ilk opera və operettanın banisi olması haqqında məlumat verərək dahi bəstəkarın ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığını qeyd edib. Konqresmen vurğulayıb ki, Ü.Hacıbəylinin yaradıcılığı sadəcə musiqi sahəsi ilə məhdudlaşmır, tarixi cəhətdən də böyük önəm kəsb edir. Konqresmen bildirib ki, savadsızlığın aradan qaldırılması və maarifçilik uğrunda mübarizə aparan Ü.Hacıbəylinin nəinki musiqiçi, həmçinin müəllim və jurnalist kimi apardığı fəaliyyət Azərbaycan sərhədlərini də aşan yeni mədəniyyət hərəkatının yaranmasına təkan vermişdi. P.Gosar, Ü.Hacıbəylinin Azərbaycan Demokratik Respublikasının tarixində oynadığı mühüm rol və Azərbaycanın ilk himinini bəstələməsi barədə də məlumat verib. Sonda konqresmen, Ü.Hacıbəylinin Azərbaycan və dünya müsiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrə görə dahi bəstəkarı bu gün anmaqdan şərəf duyduğunu bildirib.
Qeyd edək ki, bu, Ü.Hacıbəylinin xatirəsinin ABŞ Konqresində
anılması ilə bağlı ilk hadisədir.
-
Magazin106:16Türkiyədə səhnəyə elə libasda çıxdı ki... - VİDEO
-
İdman04:07DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi - YENİLƏNDİ
-
Nida Xəbər 00:00Sabiq səfir vəfat etdi
-
Sağlamlıq13 İyun 23:48Yayda yuxusuzluğa səbəb olan amillər
-
Region13 İyun 23:12Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
-
Nəqliyyat13 İyun 22:36Bakıda bir sıra parklanma məntəqələri müvəqqəti bağlanır
-
Magazin213 İyun 22:00Hamilə “mələk” düymələri açıq pencəkdə poza verdi - FOTO
-
Nəqliyyat13 İyun 21:24Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri döndü










.jpg)



























