Mədəniyyət
İtalyan dili həftəsi başa çatdı - FOTOLAR
Azərbaycanda qeyd olunan İtalyan Dili Həftəsi başa çatıb.
Publika.az xəbər verir ki, İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə İtalyan mədəniyyətinin müxtəlif nümunələri ictimaiyyətə təqdim olunub.
İtalyan Dili Həftəsi çərçivəsində ilk tədbir oktyabrın 20-də, 132-134 saylı təhsil Kompleksində keçirilib. Tədbir çərçivəsində İsveçrəli şair və yazıçı Tommaso Soldininin “Skarlatina haqqında” hekayəsi və Radmila Gordiçin ilustrasiyalı “Düymə” kitabı təqdim olunub.
Oktyabrın 21-də isə İncəsənət Muzeyində “Uno per Una” (Bir-bir) adlı gecə keçirilib. Gecədə İsveçrənin tanınmış şair və yaziçısı Tommaso Soldininin “Uno per Uno” adlı kitabında yer alan hekayələr bəstəkar və gitaraçı Mimmo Prisconun müşaiyəti müəllifin öz ifasında təqdim olunub.
Növbəti tədbir oktyabrın 22-də, Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. İtaliya ədəbi dilinin banisi şair Dante Aligyerinin 750 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə “Dante və Füzulinin dioloqu” adlı konsert təqdim olunub. Konsertdə Pierluigi Destronun dirijorluğu altında simfonik orkestrin ifasında F.Liszt, K.Əli-zadə, S.Muskaritolon və Nərgiz Əliyarovanın əsərləri səsləndirilib. Oktyabırın 24-də isə Bakıda yerləşən “Scalini” italyan restoranında “İtaliya Mətbəxinın Sədası ” adlı tədbir keçirilib. Tədbirdə qonaqlar İtaliyanın ecazkar mətbəxi və musiqisi tanış olublar.
Xatırladaq ki, hər il bütün dünyada oktyabr ayının 3-cü həftəsi “Dünya İtalyan Dli Həftəsi” kimi qeyd olunur. Bu il Bakıda keçirilən İtalyan Dili Həftəsi millət vəkili Azər Kərimlinin rəhbərlik etdiyi Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü və təşkilatçılığl ilə baş tutub.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır