Mədəniyyət
Ceyhun Hacıbəyli 125 yaşında
Bu gün yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin 125 yaşı tamam olur. O, 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub.
Publika.az xəbər verir ki, müəllifin yaradıcılığı tədqiq olunmadığından, toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərən-pərən düşüb. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınayıb, amma sonralar felyeton yazmayıb. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunub.
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.
1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşıb. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanları ilə əməkdaşlıq edib, "La Revul des Deux Mende" adlı jurnallarda çalışıb Parisdə Fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilib.
Ceyhun bəyin "İslam Əleyhinə" kampaniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanınazadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-62) əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməyib.
Ceyhun Hacıbəylinin qəbri Parisdədir. Bəstəkar, yazıçı Üzeyir Hacıbəyovun qardaşıdır.
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar










.jpg)






























