Mədəniyyət
Bir balon süd, 5 dollara bilet – “Oskar”ın sirri – FOTOLAR
“Oskar” mükafatının təqdimat mərasimləri artıq neçə ildir təkcə Hollivudun deyil, bütün dünyanın ən cəlbedici və ən maraqlı hadisələrindən birinə çevrilib.
Publika.az xəbər verir ki, indi milyonlarla insanın izlədiyi bu tədbirin, əslində, çox maraqlı tarixi var.
Mərasim 1929-cu ildə ilk dəfə “Hollivud Roosevelt Otel”də təşkil edilmiş özəl tədbir idi. Biletin qiyməti isə cəmi 5 dollar dəyərində olmuşdu.
Əslində, hər kəsin tanıdığı "Oskar" heykəlciyinin əsl rəsmi adı başqa məna daşıyır - Xidmətlərə görə Akademiya Mükafatı.
Mükafatın “Oskar” adını almasının da maraqlı tarixçəsi var. Mükafat bu adı Akademiyanın kitabxanaçısı Marqaret Herrikin bu kiçik qızıl adam heykəlciyinin onun Oskar adlı dayısına bənzədiyi bildirildikdən sonra alıb.
İlk dəfə “Oskar” mükafatı alan qaliblər, adətən, heykəlciyin ağır olduğunu qeyd edirdilər.
Müqayisə üçün bildirək ki, 4 kiloqram ağırlığında olan “Oskar” heykəlciyini əldə saxlamaq bütöv bir süd balonunu tutmaqla eynidir.
Qeyd edək ki, ilk dəfə 1929-cu ildə Los-Ancelesdə təqdim olunan “Oskar” mükafatına 1-ci Dünya müharibəsində döyüşçü pilotlardan bəhs edən “Qanadlar” filmi layiq görülüb.
Bu film Hollivudun təntənəli tədbirində mükafat alan ilk səssiz film idi.
Anar Tağıyev
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur










.jpg)




.jpg)



















.jpg)


