Mədəniyyət
Aşıqlar Birliyinə yeni sədr seçilib
Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin iclası keçirilib.
"Report" xəbər verir ki, mətbuat nümayəndələrinin buraxılmadığı iclasda təşkilata yeni sədr seçilib.
Qərara əsasən, Azərbaycan Aşıqlar Birliyinə Məhərrəm Qasımlı sədrlik edəcək.
Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, mərhum xalq şairi Zəlimxan Yaqub olub. Zəlimxan Yaqub 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib.
1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.
O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.
M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.
Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.
-
İdman02:40DÇ-2026: Braziliya hesabı bərabərləşdirdi - YENİLƏNİR
-
Nida Xəbər 00:00Sabiq səfir vəfat etdi
-
Sağlamlıq13 İyun 23:48Yayda yuxusuzluğa səbəb olan amillər
-
Region13 İyun 23:12Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
-
Nəqliyyat13 İyun 22:36Bakıda bir sıra parklanma məntəqələri müvəqqəti bağlanır
-
Magazin213 İyun 22:00Hamilə “mələk” düymələri açıq pencəkdə poza verdi - FOTO
-
Nəqliyyat13 İyun 21:24Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri döndü
-
İdman13 İyun 20:24Olimpiya çempionu özünə toy edir - FOTO










.jpg)




























