Mədəniyyət
"Səs Azərbaycan"ın qalibi müəyyən olundu - EMİLİYA (FOTOLAR/VİDEO)
“Səs Azərbaycan” musiqi müsabiqəsinin çoxdan gözlənilən final mərhələsi başa çatıb.
Publika.az xəbər verir ki, gecənin qalibi Mübariz Tağıyevin tələbəsi Emilya Yaqubova olub.
Xalq artisti Mübariz Tağıyevin komandasında yarışan Emiliya 90 min 283 səslə (66 faiz) qalib olub. Xalq artisti Faiq Ağayevin komandasında iştirak edən Hüseyn isə 46 min 361 səslə (34 faiz) ikinci yerə çıxıb. Tünzalə Ağayevanın tələbsi Samirə Əfəndiyeva yarışmanın 3-sü, Manana Caparidzenin tələbəsi Səmra Rəhimli isə finalı ilk tərk edərək 4-cü olub.
Emilya Yaqubova Publika.az-a açıqlamasında bildirib ki, qalib olacağını gözləməyib: “İndi heç nə başa düşmürəm, elə bil şirin yuxudayam. Əlbəttə ki, qalib olduğum üçün çox xoşbəxtəm, amma çox həyəcanlıyam, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm”.
Mübariz Tağıyev də tələbəsinin qalibiyyət sevincini bizimlə bölüşüb. O bildirib ki, finala vəsiqə qazanan hər bir iştirakçıya təbrik düşür: “İştirakçıların hər biri ayrı-ayrılıqda qalibdir. Ancaq tamaşaçılar Emilyanı seçdilər. Tələbəmin qalib olduğu üçün çox şadam”.
Qeyd edək ki, yarışmanın qalibinə 30 min manat pul mükafatı veriləcək.
Məlumat üçün bildirək ki, “Səs Azərbaycan” dünyaca məşhur “Voice” müsabiqəsinin Azərbaycan versiyasıdır.
Aytən
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi










.jpg)

























