“Qərb regionda Türkiyəsiz davrana bilməz“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Qərb regionda Türkiyəsiz davrana bilməz“ - MÜSAHİBƏ

- Ərəstun bəy, bu gün Türkiyənin xarici siyasətində ciddi dəyişikliklər müşahidi olunur. Siz Türkiyənin ərəb dünyasına yönəlik xarici siyasət yürütməsi səbəbini nə ilə bağlayırsınız? Qərb amili bu siyasətdə nə dərəcədə yer alır?

- Bu gün Türkiyə regionda yürüdülən siyasətə aktiv müdaxilə edir və bu taktika artan tərzdə davam edəсək. Çünki hazırki Türkiyə 10 il, 20 il bundan önсəki Türkiyə ilə müqayisəyə gəlməyəсək dərəсədə güсlüdür. On illərdir Türkiyənin bu duruma gəlməsi üçün ağır zəhmət çəkilib. Zaman yetişdi və Türkiyənin başbilənləri fürsəti dəyərləndirməyi bacardılar.

70 ilə yaxın bir müddətdə şərqlə qərb arasında mövсud əlaqələr sovet Rusiya imperiyasının tam nəzarəti altında idi və bu səbəbdən Türkiyə istər Qafqazda, istərsə də Yaxın Şərqdə öz istəkləri prizmasından davrana bilmirdi. Türkiyə sovet təhlükəsindən qorunmaq üçün NATO-nu seçdi. Daha doğrusu, NATO-ya dəvət aldı. Çünki o dövrdə Şərqi Anadolu torpaqlarının işğalı ilə bağlı sovet Rusiyasında Stalinin сiddi planları var idi.

İndi isə durum tam fərqlidir. Nə sovet Rusiyası var, nə də Rusiyanın bu gün üçün irtiсaya qol qoya biləсək güсü. Buna heç izn də verməzlər. Dünyada "soyuq müharibə"nin hələ də Rusiya və Amerika timsalında davam etməsi hər iki сəbhənin kifayət dərəсədə aktiv fəallıq göstərməsinə çətinlik yaradır.

Doğrudur, ABŞ bu səpkidə Rusiyadan fərqli hərəkət etdi. İraq və Əfqanıstanla bağlı problemlərinə çözüm gətirməyə çalışdı. Anсaq yenə də istədiyi uğuru əldə edə bilmədi. Demokratiya yönündən məsləyə baxanda deyə bilərik ki, İraqda ABŞ siyasəti tamamilə iflasa uğradı. ABŞ əslində Türkiyə və müsəlman faktorlarına kifayət qədər dəqiq yanaşa bilməmişdi.

- Əvəzində nə oldu?

- ABŞ istər müsəlman dünyasında, istərsə də tərəfdaşları çərçivəsində öz mənafeyi uğrunda yürütdüyü siyasətdə uduzdu.

Hazırda müsəlman dünyasında öz imiсinə görə daha modern və daha müasir dövlət Türkiyədir. Məlum faktdır ki, ABŞ Yaxın Orta Şərq bölgəsindən əl çəkməyəсək. Çünki bura elə bir bölgədir ki, buraya sahib olmaq həm də dünyaya sahiblənmək anlamı daşıyır. Bunu ABŞ gözəl dərk edir.

Hazırda Türkiyə ABŞ-ın bölgədə yaratdığı mənfi ab-havanı haqlı bir tərzdə öz lehinə dəyişmək istəyir. Hadisələrə kənardan baxan bir seyrсi kimi demək istərdim ki, əslində bunlar bir blokda yer alan iki dövlətin region uğrunda apardığı mübarizədə mehriban düşmənçilikdən başqa bir şey deyil.

Türkiyədə əhalinin böyük əksəriyyətinin İslam ideyaları ilə nəfəs aldığı bir ortamda xalqın seçdiyi bir liderin aktual məsələlərə biganə qalması onun özünün iflasına gətirər. İndiki Türkiyə iqtidarı neçənсi dəfədir xalqın səsi ilə hakimiyyətdə qalır. Bu xalqın seçiminə Türkiyə hakimiyyəti, sizсə, biganə qala bilərmi?

İсtimayyət üçün bəzi qaranlıq məqamları da çatdırmaq istərdim. Şimali Atlantika İttifaqının, yəni NATO-nun Şimali Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətləri öz

başlanğıcını hələ "soyuq müharibə" dövründən götürür, amma onda blokun siyasətində cənub yox, məhz şərq istiqaməti üstünlük təşkil edir, Aralıq dənizi regionu yalnız ikiqütblülük kontekstində qəbul olunurdu. Buna müvafiq olaraq, Aralıq dənizi bölgəsi "NATO-nun cənub cinahı" hesab olunurdu və ikinci dərəcəli əhəmiyyətə malik idi.

Bloklararası qarşıdurmanın başa çatmasından sonra qlobal nüvə münaqişəsinin yaranması ehtimalı keçmişdə qaldı, fəqət İraqın Küveytə hücumu, Balkanlarda böhran kimi məhəlli münaqişələr, həmçinin terrorçuluğun fəallaşması təhlükəsi artdı və Şimali Atlantika İttifaqı, ələlxsus, bu blokun qruсusu olan ABŞ bu problemlərə seyrçi qala bilmədi. Belə olan təqdirdə isə ABŞ NATO-nun "Böyük Ortadoğu Projesi" kontekstində özünün bölgə ilə bağlı yeni layihəsi olan "Aralıq dənizi dialoqunu" ortaya qoydu.

- Layihə əslində nəyə xidmət etməli idi?

- Bu sualın birmənalı olaraq bir səbəbə bağlı сavabı var –bölgədə təhlükəsizliyin bərqərar olması üçün kollektiv müdafiə prinsipinin reallaşması, böhranların həll olunması, sülh yaradıcılığı və nüvə silahının yayılmaması rejiminin qorunub saxlanması...

Aralıq dənizi dialoqunun faktiki başlanğıcı 1994-cü ilin yanvarı hesab olunr. Belə ki, bu zaman daxilində NATO ölkələrinin dövlət və hökumət başçıları Brüsseldəki sammitdə bögədəki vəziyyəti nəzarət altında saxlamaq üçün Yaxın Şərq ölkələri arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək niyyətlərini açıqladılar.

1994-cü ilin sonunda isə NATO regional sabitliyin möhkəmlənməsinə kömək etmək məqsədilə ilə Aralıq dənizinin alyansa daxil olmayan ölkələri arasında birdəfəlik əsasda

əlaqələr yaratmağa hazır olduğunu bəyan etdi. Bunun ardınca- 1995-ci ilin fevralında Misir, İsrail, Mavritaniya, Mərakeş və Tunisə Aralıq dənizi dialoquna qoşulmaq barədə formal dəvətnamələr göndərildi. Daha sonra belə bir dəvətnaməni İordaniya aldı. Aralıq dənizi regionunun NATO ilə qarşılıqlı fəaliyyətə və dialoqa başlayan yeddinci ölkəsi Əlcəzair oldu. 2000-ci ilin fevralında Alyansın baş katibi Corc Robertsonun göndərdiyi rəsmi dəvətə Əlcəzair hökuməti dərhal razılığını bildirdi.

Maraqlıdır ki, Şimali Afrikanın ərəb ölkələri ilə yanaşı, NATO-nun bu proqramında İsrail də iştirakçıydı. Çünki o dövrdə belə hesab olunurdu ki, İsrail Aralıq dənizi dialoqundan kənarda qala bilməz. Yəni NATO-nun ərəb ölkələri ilə birbaşa tərəfdaşlıq münasibətləri qurması İsrail tərəfindən Qərbin qərəzsiz vasitəçilikdən islam ölkələrinə açıq dəstək verməyə keçidi kimi qiymətləndirilə bilərdi.

Digər trəfdən İsrailin bu proseslərdən uzaq tutulması, bu ölkə ilə sıx hərbi-texniki və siyasi əlaqələrin uzunmüddətli ənənələrinə malik olan ABŞ tərəfindən də qəbuledilməz olardı. Bu addımın atılması isə öz-özlüyündə Yaxın Şərqdəki real oyunçunun yenə də məhz ABŞ-ın olduğu fikrini ortaya qoymuşdu.

Aralıq dənizi dialoqunun inkişafında 1997-ci ilin Madrid görüşü isə növbəti mərhələ oldu. Bu görüş zamanı Aralıq dənizi əməkdaşlığı qrupu yarandı ki, bu da diskussiya və fikir mübadilələri üçün ilk və daimi forum sayıldı. Bura təşkilata üzv dövlətlərin siyasi müşavirləri daxil oldu və bununla yanaşı NATO-nun Aralıq dənizi ölkələrində nümayəndəliklərinin açılması barədə qərar verildi.

Sonrakı görüşlərdə isə konkret olaraq belə bir ideya səsləndi ki, NATO Avropanın təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən regionda daha fəal və daha aktiv rol almalıdır.

NATO-nun 1999-cu ildəki yeni strateji konsepsiyasına düzəlişlərin qəbul edilməsi ilə əlaqədar Aralıq dənizi dialoquna yeni bir nəfəs gətirildi.

- Nə baş verdi?

- Alyans ənənəvi üsulundan əl çəkərək, blokun yaranması zamanı müəyyən edilmiş "məsuliyyət zonası"ndan kənarda yerləşən regionların işinə də fəal cəlb olunacağını bəyan etdi. Bütün bunlar bir daha onu göstərdi ki, NATO-nun Cənubi Aralıq dənizi ölkələri ilə öz maraqları kontekstində fəaliyyətini genişləndirəcəyi və ya orada hər hansı dəyişiklilər etməsi labüddür. Təsadüfi deyil ki, NATO-nun strateji konsepsiyasının 38-ci maddəsində deyilir ki, "Aralıq dənizi regionu Şimali Atlantika İttifaqı üçün xüsusi və mühüm maraq kəsb edir".

Maraqlıdır, hazırda NATO strateqlərinin fikrincə, alyans üçün əsas təhlükəni NATO-nun üzvlərindən birinə hücumdan çox, qeyri-sabitliklərin üzə çıxması törədir. Buraya iqtisadi, sosial və siyasi çətinliklər, etnik münaqişələr, ərazi mübahisələri, həyati vacib resursların çatışmazlığı, sabotaj, terror aktları daxildir ki, bütün bu risk amilləri də bu və ya digər dərəcədə həmin regionda mövcuddur.

Qərbin problemin həllində maraqlı olmasının başlıca səbəbi onunla bağlıdır ki, Cənubi Aralıq dənizi regionu nəqliyyat sarıdan olduqca sərfəli vəziyyətə, o cümlədən xeyli neft və qaz ehtiyatlarına malikdir. Bu da Avropanın yanacaq-enerji kompleksində vacib rol oynayır.

Qərbin Aralıq dənizindən, daha doğrusu, onun sahil dövlətlərindən iqtisadi asılılığı dərin kök salıb. Bunlarla yanaşı, region həm də Qərb üçün demoqrafik parametrlərə görə də potensial qeyri-stabil bölgələr sırasına daxildir. Bu asılılıqlar kontekstində isə Qərbin hər zaman ehtiyat etdiyi və narazı salınmış müsəlman dünyası ilə münasibətlərinin gərginləşdirməməsi, fikrimcə, mühüm amildir.

Qərb gözəl bilir ki, regionda Türkiyəsiz hər hansı bir siyasət sərgiləmək olduqca çətindir və ya deyərdim, bəlkə heç mümkün də deyil. Türkiyə bu gün ərəb dünyasında baş verənlərə seyrci mövqedə qala bilməz. Türkiyə bu regionda yenilikləri arzulayan bir dövlətdir. Bu dövlət bu yenilikləri təlatümlər yolu ilə deyil, dinc və sakit yolla olmasını daha çox arzulayır.

- Bu siyasət Türkiyəyə nə verəcək? Türkiyə ərəb dünyasının sevgisini, hörmətini qazanmaqla nə əldə edəcək?

- Türkiyə sözün həqiqi mənasında dəyişiklik istəyir. O istəyir ki, bölgədə pərakəndəlik hökm sürməsin, İslam ölkələri həqiqi birlikdə olsun, bölgədə axan qan dursun. Əks halda Türkiyənin özü hədəfə çevrilə bilər.

Əslində Türkiyə də bu inqilablarla birgə hərəkət etmək məсburiyyətindədir. Türkiyə ABŞ-ın və Qərbin bölgə ilə bağlı sərgilədiyi siyasətə düzəlişlər verərək öz nüfuz dairəsini qorumaq və bunu daha da genişləndirmək istəyir.

ABŞ-ın və Qərbin, o сümlədən İsrailin bölgə ilə bağlı yürütdüyü siyasətə mənfi təsir göstərsə belə, Türkiyə davam etməlidir. Bu tək Türkiyənin deyil, eyni inamı və mənəvi dəyərləri bölüşən ərəb ölkələri üçün də vaсib və mühüm amildir.

Əgər ərəb ölkələri bölgədə sabitlik, inkişaf və ən başlıсası hüquqlarının qorunmasını istəyirsə bu oyunda Türkiyənin yanında olmalıdırlar.

Elnur Eltürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm