Yaxın Şərq
“Üçlər ittifaqı” Türkiyəyə qarşı – Müharibə hər an BAŞLAYA BİLƏR
Aralıq dənizində İsrail, Yunanıstan və Cənubi Kiprdən ibarət ittifaq güclənir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, üç ölkənin müdafiə nazirləri - Panos Kammenos (Yunanıstan), Aviqdor Liberman (İsrail) və Savvas Angelides Cənubi Kiprdə bu gün görüşəcəklər.
Cənubi Kiprin müdafiə naziri görüşdə regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi kimi mövzuların müzakirə ediləcəyini bildirib. Şərqi Aralıq dənizində dəniz və enerji təhlükəsizliyinin artırılmasının vacib olduğunu deyən Angelides bu istiqamətdə ortaq layihələrin həyata keçiriləcəyini qeyd edib.
Tərəflər daha əvvəl Şərqi Aralıq dənizində çıxarılan təbii qazla bağlı birgə hərəkət edəcəyi barədə razılığa gəlmişdilər.
Türkiyə KİV-i üç ölkənin yaratdığı ittifaqın Ankaraya qarşı olduğunu bildirir. Ankara Kirp adasının ətrafındakı enerji ehtiyatlarının bütün ada əhalisinə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarına aid olduğunu və enerji ehtiyatlarından birtərəfli istifadənin yolverilməz olduğunu qeyd edib.
Bu ilin fevral ayında Cənubi Kiprin Şərqi Aralıq dənizində təktərəfli təbii qaz axtarış işləri çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın enerji şirkəti ENI-yə aid platforma bölgəyə gəlmiş, lakin Türkiyənin döyüş gəmilərinin maneə törətməsi nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalmışdı.
Yunanıstan, Cənubi Kipr və İsrailin enerji əməkdaşlığından sonra hərbi əməkdaşlıq məsələlərində razılığa gəlməsi bölgədə vəziyyəti Türkiyə üçün daha da çətinləşdirə bilər. Analitiklər bölgənin enerji ehtiyatları uğrunda hərbi qarşıdurmaları da istisna etmirlər.
Ömər Dağlı
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü


































.jpg)
.jpg)
